Xocalı məktəbində görülən işlər bitmək üzrədir — Emin Əmrullayev

SOSİAL 26 fev 2024, 13:10
Xocalı məktəbində görülən işlər bitmək üzrədir.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

"İnanırıq ki, Xocalı məktəbi növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərimizdən biri olacaq", - nazir qeyd edib.

Nazir bildirib ki, orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq: "Orada təxminən 130-150 şagirdin təhsil alacağı nəzərdə tutulur. Təbii ki, köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcərdə, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top