Komitə sədri 156 saylı məktəbdəki olaydan DANIŞDI

SOSİAL 26 fev 2024, 11:19
Bu cür hadisələrdən heç kəs sığortalanmayıb.

Demokrat.az“Report”a istinadla xəbər verir i, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, 156 saylı orta məktəbin şagirdinin təhqiramiz hərəkətlərə məruz qalmasına münasibət bildirib:

“Təkcə Dövlət Komitəsi yox, digər aidiyyəti orqanlarla da əlaqələndirilmiş fəaliyyət var. Lakin bu hallardan heç kəs sığortalanmayıb. Nə qədər iş görülsə də, bu cür hallar baş verir. Hansısa mənfi hadisənin olması o demək deyil ki, iş görülməyib".

"Nə qədər insanlıq, cəmiyyət var, cinayət də törədilir. Əslində, insanlıq əleyhinə cinayətin ən böyüyü onun qətlə yetirilməsi, yaşamaqdan məhrum edilməsi, daha geniş mənada soyqırımı cinayətləridir. Amma yenə də bu baş verir. Görülən işlərlə belə hadisələrin sayını azaltmaq, müəyyən qədər qarşısını almaq, insanları daha çox maarifləndirmək, məsuliyyətə çağırmaq mümkündür. İnsanların məsuliyyətini necə dərk etməsi də bir başqa məsələdir”, - deyə B.Muradova vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top