Astarada tibb bacısını öldürən şəxslərin istintaqı başa çatdı

KRİMİNAL 23 fev 2024, 22:05
Astara rayonunda tibb bacısını öldürməkdə təqsirləndirilən Elmir Məmmədov, Vüsal Əkbərov və Bəhruz Süleymanavun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Müşfiq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 1-nə təyin olunub.

İttihama görə, Astara rayonu Kakalos kənd sakinləri 1986-cı il təvəllüdlü Vüsal Əskərov, 1983-cü il təvəllüdlü Elmir Məmmədov və 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Bəhruz Süleymanov qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zəynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu öldürüblər.

Təqsirləndirlilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq , hədə-qorxu gəlməklə adam öldürmə) maddəsi ilə ittiham elan edilib 

Qətlə yetirilən Zeynəb Məmmədova təqaüddə olan tibb bacısıdır.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top