Valensiyada güclü yanğın: Ölənlər var

DÜNYA 23 fevral 2024, 23:38
İspaniyanın Valensiya şəhərində 14 mərtəbəli binada güclü yanğın baş verib. 

Demokrat.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Bildirilib ki, güclü külək səbəbindən böyüyən yanğında azı 4 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Əraziyə çoxlu sayda təcili tibbi yardım, xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 138 mənzildən ibarət binada təxminən 450 nəfər yaşayırdı.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top