Məktəblilər arasında intellektual turnir başa çatdı — FOTOLAR

GÜNDƏM 23 fev 2024, 21:02
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Ulu öndər və GəncliyimİZ" silsilə tədbirlər layihəsi çərçivəsində keçirilən intellektual turnir başa çatıb.

"Nə? Harada? Nə zaman?" formatında keçirilən intellektual turnirin final mərhələsində 4 komanda mübarizə aparıb. Qazax Gənclər Evində baş tutan intellektual turnirdə 20 sual səsləndirilib.

Suallara ən çox düzgün cavab verən müstəqil "Fake GFG" komandası turnirin qalibi olub. Digər müstəqil kollektiv "911" ikinci pillədə qərarlaşıb. Qazax rayonu Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin "Epsilon" komandası isə üçüncü yeri tutub.

Qalib "Fake GFG" komandası kubokla, ilk üç yeri tutan komandaların üzvləri diplom və medallarla təltif olunub.

Ümumiyyətlə, layihə çərçivəsində intellektual turnirdən başqa rəsm müsabiqəsi də təşkil olunub.

Qeyd edək ki, layihədə GİKM-in Qazax-Tovuz regional nümayəndəliyi, Qazax Gənclər evi sosial xidmət müəssisəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfdaş qismində çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top