Göygöldə qadın əri tərəfindən döyüldü — TƏFƏRRÜAT

KRİMİNAL 23 fev 2024, 12:44
Göygöl rayonunda 1995-ci il təvəllüdlü Bəhruz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Yeganəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunun Balçılı kəndində baş verib. Bəhruz yaşadığı evdə arvadı Yeganə ilə aralarında ailə-məişət zəminində mübahisə baş verib. Baş vermiş mübahisə zamanı o, əli ilə Yeganənin boyun nahiyyəsinə, sol çiyin nahiyyəsinə və sol gözün üst qapağına vurub. 

Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Yeganə onun arvadıdır, onlar təxminən 10 il bundan əvvəl rəsmi nikah əsasında ailə həyatı qurub, birgə nikahlarından üç övladları var: “Əvvəllər bizim münasibətlərimiz normal olsada, sonradan pisləşib. Hadisə günü yaşadığım kəndin ərazisində yerləşən kafedə az miqdarda spirtli içki qəbul etdikdən sonra yaşadığım evə gəldim. Saat 1 radələrində yaşadığı evdə olan zaman arvadım ilə aramızda ailə-məişət zəminində, yəni arvadımın mənim guya başqa qadın ilə əlaqəm olmasını bildirdiyi üçün mübahisəmiz baş verib. Mübahisə zamanı arvadım uca səslə mənimlə mübahisə etdiyi üçün əsəbləşərək bir dəfə şillə ilə arvadımın dodağından vurdum. Arvadım susmadığı üçün əlim ilə onun boğazından tutdum. Bundan sonra dava-dalaş sakitləşdi. Arvadım anasına zəng edərək, bu barədə məlumat verdi”. 

İş üzrə zərərçəkmiş Yeganənin sözlərinə görə, əri Bəhruzla münasibətləri normal olsada, sonradan pisləşib: “Ərim  mütəmadi olaraq yaşadığım evdə səbəbli və ya səbəbsiz yerə mənimlə mübahisə edir. Hadisə günü, gecə saat 1 radələrində ərim evə gec gəldiyi üçün ona öz iradımı bildirdi. Bu zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı ərim əl zərbəsi ilə üz nahiyyəmdən vurdu. Daha sonra isə əli ilə boğazımdan tutaraq məni döydü. Mübahisə zamanı ərim məni nalayiq ifadələr ilə söyüb təhqir etdi”.

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz aylıq qazancının 20  faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top