KİV: İran Rusiyaya 400-ə yaxın ballistik raket göndərib

REGİON 22 fev 2024, 21:30
İranın Rusiyaya çoxlu sayda ballistik raketlər tədarük etdiyi, ABŞ-nin sanksiyalar tətbiq etdiyi iki ölkə arasında hərbi əməkdaşlığın son vaxtlar dərinləşdiyi bildirilir. 

Demokrat.az
xəbər verir ki,“Reuters” mövzu ilə bağlı üç İran mənbəsinə əsaslanaraq məlumat yayıb.

Məlumata görə, Tehran rəhbərliyi Rusiyaya “Fatih-110” və “Zülfiqar” kimi tanınan 400 qısa mənzilli ballistik raketi təhvil verib.

Qeyd edək ki, İranın Müdafiə Nazirliyi və İran İnqilab Keşikçiləri ballistik raketlərin Rusiyaya qısa müddətdə çatdırılmasını rədd etsə də, Moskva məsələ ilə bağlı açıqlama verməyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top