Prezident və birinci xanım Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərdi

ƏDƏBİYYAT 22 fev 2024, 15:06
Ötən gün 81 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub.

Demokrat.az xəbər verir ki, Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayonun Kərkənc kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, yazıçının ailə üzvləri, qələm dostları, eləcə də ictimayyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Yazıçının həyat və yaradıcılığından söhbət açılıb, barəsində xoş xatirələr danışılıb.

Sonra yazıçının vəsiyyətinə uyğun olaraq Kərkənc kənd qəbiristanlığında anasının qəbri yanında dəfn edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib. Əklil mərhum yazıçının məzarı üstünə qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top