Naxçıvanda bəzi ərazilər subasmaya məruz qaldı

GÜNDƏM 18 fev 2024, 21:20
Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

Bu barədə Naxçıvanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bəzi fərdi evlərin və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top