"Suriya prezidenti Əhməd əş-Şaraanın səfəri ikitərəfli münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Münasibətlərin inkişafı həm Azərbaycan, həm də Suriya üçün priotitet təşkil edir. Əsas məsələ enerji təhlükəsizliyi istiqamətində münasibətləri gücləndirməkdir. Prezidentin Bakıya səfəri zamanı SOCAR və Suriya energetika nazirliyi arasında saziş imzalandı".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, Azərbaycan Suriyaya Türkiyə üzərindən təbii qaz ixrac edəcək:
"Eyni zamanda Suriyanın neft və qaz yataqlarının işlənməsində SOCAR iştirak edə bilər. Onlar bu sahədə Azərbaycanım təcrübəsindən istifadə edə bilərlər. Vətəndaş müharibəsindən sonra şəhərlər dağıdıldığı üçün şəhərsalma prosesinə start verilib.
Azərbaycan da bu proseslərdə iştirak edir, çünki biz də işğaldan azad olunan ərazilərdə ağıllı kənd, ağıllı şəhər layihələrini həyata keçirir. Bütün bunlar Suriyada da həyata keçirilə bilər.
Digər vacib məsələ isə qaçqınların öz yurduna qaytarılması məsələsidir. Azərbaycan da bu məsələdə çox uğurlu siyasət həyata keçirir. Bu proses Sueiya üçün də nümunə olmalıdır. Surayının İsrail və İranla münasibətlərinin normallaşması istiqamətində Azərbaycan aktiv şəkildə proseslər həyata keçirə, vasitəçi ola bilər. Şübhəsiz ki, bundan sonra Suriya Yaxın Şərqdə Azərbaycanın əsas müttəfiqi olacaq".
Əfsanə Kamal
Demokrat.az