Bakıda daha bir ölüm saçan KÜÇƏ — FOTO

GÜNDƏM 14 iyul 2025, 15:57
Paytaxtın Suraxanı rayonunda vətəndaşlar yolda yaranmış çuxurdan narazıdırlar.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, rayonun Yeni Günəşli qəsəbəsində AB massivi 129 nömrəli binanın qarşıında yolda təhlükəli vəziyyət yaranıb. Asfalt örtüyü hər an çökmə təhlükəsi ilə üz-üzədir. 

Xatırladaq ki, ötən ayın 26-da 27 yaşlı Cümşüd Cümşüdlü Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşmüşdü. Onun nəşi 2 gün sonra tapıldı. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top