Tramp Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım vəd edib

DÜNYA 14 iyul 2025, 21:16
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya NATO xətti ilə göndəriləcək hərbi yardımın həcmi milyardlarla dollar təşkil edəcək.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.

“Bu bəyanatın məqsədi odur ki, çox böyük bir razılaşma əldə etmişik. Milyardlarla dollar dəyərində hərbi texnika ABŞ-dan alınacaq, NATO və digər müttəfiqlərə çatdırılacaq və tezliklə döyüş meydanına göndəriləcək. Ukrayna onu qəbul edəcək”, – deyə Tramp bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top