Zaqatalada iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

HADİSƏ 14 iyul 2025, 23:20
Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 109-cu kilometrliyində, Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsində baş verib.

1998-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Rəvan Vasif oğlu Muradovun idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə 1998-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Oruc Arif oğlu Abdullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Əhməd Rövşən oğlu Həsilov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top