"Avronun möhkəmlənməsi son dövrlərdə bir neçə faktor fonunda baş verir. Birincisi, ABŞ dollarının məzənnəsinin zəifləməsi ilə bağlıdır. Qlobal valyuta bazarlarında mövqeyinin zəifləməsi ilə bağlı avro bahalaşır. İkincisi, faktiki olaraq Avropa Birliyi daha rasional iqtisadi siyasət həyata keçirməkdə daha etibarlı beynəlxalq oyunçu sayılır, bu baxımdan da avroya tələbin artması da burada dəstəkləyici amildir".
Bunu Demokrat.az-a iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, Azərbaycan manatının avroya münasibətdə məzənnəsi birbaşa formalaşmır:

"Dolayısıyla dollara münasibətdə formalaşır. Yəni çarpaz məzənnə formasında hesablama aparılır. Avro dollara nisbətən bahalaşdıqda, manata münasibətdə də bahalaşır. Paralel olaraq da dolların ucuzlaşması fonunda ucuzlaşan manat digər valyutalarla müqayisədə də dəyərini qismən itirir. Bu şərtlər daxilində nəzərə alsaq ki, Avropa Birliyi Azərbaycanın mühüm xarici ticarət tərəfdaşlarından biridir, Avropa Birliyindən Azərbaycana idxal olunan məhsulların qiyməti artacaq. Azərbaycandan Avropa bazarlarına ixrac olunan məhsulların satış şəraiti daha da yaxşılaşır, rəqabət aparmaq qabiliyyəti güclənir. Çünki avronun möhkəmlənməsi daha çox gəlir əldə edilməsi imkanı yaradır, bu da ixracatçılarımız üçün Avropa bazarının əlverişliliyini artırır. Ola bilsin ki, ixracatçılarımız bunu fürsətə çevirsin, bu və ya digər şəkildə öz bazar paylarını artırmağa çalışsınlar. Amma paralel olaraq da müvafiq tendensiya bütövlükdə götürəndə digər ticarət tərəfdaşlarına münasibətdə də paralel şəkildə davam edir.
Amma nəzərə almaq lazımdır ki, bir çox hallarda müxtəlif ölkələrin valyuta məzənnələri müxtəlif şərtlərdən fərqli dinamika göstərə bilər. Amma ümumi tendensiya təxminən bu istiqamətdədir. Yəni dolların ucuzlaşması fonunda baş verən bu tendensiya Azərbaycan bazarı üçün idxal baxımından əlverişliliyi azaldır. Eyni zamanda Azərbaycan bazarında inflyasiya təzyiqləri istiqamətində meyl formalaşdırır. İnflyasiya təzyiqlərini artırır, amma azərbaycanlı ixracatçılar üçün daha əlverişli şərait təklif edir. Avro ilə eyni zamanda Azərbaycan strateji valyuta ehtiyatlarının bir qisminin, təxminən 20 faizə yaxın hissəsinin avro ilə saxlanılması, avronun möhkəmlənməsi fonunda strateji valyuta ehtiyatlarının dollarla ifadədə müəyyən qədər artımı istiqamətində də bir mühit formalaşdırır. Bütünlükdə götürəndə isə avronun manatla müqayisədə ucuzlaşmasının və ya möhkəmlənməsinin gələcək istiqamətdə meylləri dollara münasibətdə necə olacaqsa, dollar əgər bahalaşacaqsa, avroya münasibətdə manat da bahalaşacaq, ucuzlaşacaqsa, manat da ucuzlaşacaq.
Düşünürəm ki, ilin sonuna qədər proqnozlar avronun 1.20 ətrafında olmasıdır ki, bu da təxminən bugünkü məzənnəyə yaxın bir göstəricidir. Sərt bir dəyişiklik, ən azı qısa müddətdə, yoxdur".
Cavidan Mirzəzadə
Demokrat.az