Azərbaycan hərbçiləri Özbəkistanda təlimdə iştirak edirlər — VİDEO

HƏRBİ 15 fev 2024, 18:39
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın Daşkənd vilayəti ərazisində “Dağ rəhbəri” kursunda iştirak edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Özbəkistan Müdafiə Nazirliyinin "Çimqan" Dağ hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və təhlükəsiz təxliyə üzrə əldə etdikləri nəzəri bilikləri təlim sahəsində praktiki olaraq icra edərək gücləndirirlər.

“Dağ rəhbəri” kursunda Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top