TDT Baş katibi Prezidenti təbrik etdi

GÜNDƏM 12 fev 2024, 16:21
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçkilərdəki qələbəniz Azərbaycanın daxili və xarici siyasətində müstəsna dərəcədə uğurlu fəaliyyətinizin bariz göstəricisidir. Həyata keçirdiyiniz müstəqil və qətiyyətli siyasət sayəsində Azərbaycan dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş, regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir.

Seçkilərdən sonra Sizinlə görüşümü məmnuniyyətlə xatırlayıram. Sizin Türk dünyasına verdiyiniz xüsusi önəm, Türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olması Türk birliyi və həmrəyliyinin, habelə Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə mühüm töhfədir.

Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top