“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın cəzalandırıldı — HÖKM

KRİMİNAL 12 fev 2024, 13:02
“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluqda ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, Ruzan Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd olunub k, Ruzan Cabbarova Orxan Qədimbəylinin evində xadiməçi işləyib.

İttihama görə, cinayət hadisəsi də həmin dövrdə baş verib. Təqsirləndirilən şəxs bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib. Bura pulla yanaşı, qızıl-zinət əşyaları və digər avadanlıqlar da daxildir.

Lakin Ruzan Cabbarova özünü qismən təqsirli bilib. O deyib ki, oğurladıqlarını geri qaytarıb.

 Bundan əlavə zərərçəkmiş şəxslər qisas almaq məqsədi ilə dəymiş ziyanının məbləğini çox şişiritdikləri də iddia edilir.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

İstintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Apardığı əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top