“Qarabağ”ın rəqibi darmadağın oldu: 5:0

İDMAN 12 fev 2024, 10:34
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında 21-ci tur oyununa çıxıb. 

Demokrat.az xəbər verir ki, komanda səfərdə "Sportinq"lə qarşılaşıb. Matçda "Sportinq" "Braqa"nı darmadağın edib - 5:0.

Hazırda turnir cədvəlində "Braqa" 40 xalla 4-cüdür. Sıralamaya 52 xalla "Sportinq" liderlik edir.

"Braqa" növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Ağdam təmsilçisi ilə "Braqa" arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

"Sportinq" - "Braqa" - 5:0

Qollar: Trinçao, 8, Quareşma, 18, Qyökeres, 71, Braqança, 73, Santos, 85

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top