“Sülhməramlıların qalması şərtləri yalnız Bakı ilə müzakirə edilir”

SİYASƏT 10 fev 2024, 16:45
“Qarabağda vəziyyətin köklü şəkildə dəyişməsi ilə əlaqədar olaraq sülhməramlılarımızın orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.

“Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, - deyə Qaluzin vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top