Binəli Yıldırım Prezidenti təbrik etdi

GÜNDƏM 09 fev 2024, 14:54
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırımdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezidentim.

Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına sülh və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçkilər Azərbaycan xalqının dəyərlərə bağlılığını, cəsarətini və müdrikliyini bir daha nümayiş etdirdi.

Zati-alinizə nailiyyətlər arzulayır, Uca Allahdan seçkilərin nəticələrinin Azərbaycan xalqı və bütün Türk dünyası üçün xeyirli olmasını diləyirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top