İradə Rizazadə: "Hər bir seçici öz hüququnu bilməli, seçkidə iştirak etməlidir"

GÜNDƏM 06 fev 2024, 00:23
“Azərbaycan tarixində böyük irəliləyişlər olub və yeni irəliləyişlər də olacaq. Yeni ideyalarımızı, idealogiyanı həyata keçirmək üçün prezident seçkiləri çox vacibdir. QHT olaraq təşviqatımızı, təbliğatımızı elə aparmalıyıq ki, vətəndaşlar öz hüquqlarından istifadə edərək seçkilərə gəlsin”.

Bu  fikirləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az- a açıqlamasında bildirib. QHT sədri vurğulayıb ki, bir seçici kənarda qalırsa, deməli o Azərbaycanın gələcək taleyində öz münasibətini bildirmir, öz seçimini edə bilmir: “Biz vətəndaşlarımıza çağırışlar etməyə çalışırıq ki, 7 fevralda seçkilərə gəlməli və öz seçimlərini etməlidirlər. Seçimlərini elə etməlidirlər ki, Azərbaycanın ən parlaq namizədinə səs versinlər. Milli QHT Forumunun müşahidəçilər siyahısında mən də varam. İllərdir istər prezident, istərsə də parlament seçkilərində mən müşahidəçi kimi fəaliyyət göstərmişəm. Müşahidə etmişik ki, seçkilərə hansı zamanlar daha az gəlirdi, sonra necə insanların fəallığı artdı, necə şəffaf keçir. Müşahidəçi kimi düşünürəm seçkilərdə iştirakımız olmalıdır, şəffaflığı qorumalıyıq, mütləq ədalətli mühitin yaranmasına nail olmalıyıq”.

Qeyd edək ki, xeyli sayda QHT yerlərdə lokal müşahidəçiləri ilə 7 fevral - növbədənkənar Prezident seçkilərini izləyəcək. QHT sektoru kifayət qədər aktiv olacaq. Milli QHT-lər seçki prosesini izləmək üçün çoxsaylı koalisiyalar formalaşdırıblar. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası, Sivil Toplum Monitorinq Koalisiyası, Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyası və digərlərinin tərkibində QHT təmsilçiliyi təmin edilib.   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top