Xüsusi Təyinatlılar təlim keçirdilər — VİDEO

HƏRBİ 05 fev 2024, 10:08
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən Demokrat.az-a verilən xəbərə görə, taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.

Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və yaralının döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top