Çin orbitə 11 peyk buraxıb

DÜNYA 03 fev 2024, 13:30
Çinin “Çanjen-2C” raket daşıyıcısı 11 ədəd “Geely-02” peykini orbitə çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.

Raket Sıçuan əyalətindəki Siçan kosmodromundan yerli vaxtla saat 07:37-də buraxılıb. Kosmosa çıxarılan “GeeSpace” şirkətinin peykləri “Geely Holding” avtomobilləri üçün avtonom idarəetmə xidmətlərinin işləməsini, həmçinin təhlükəsiz idarəetmə üçün avtomobillər və infrastruktur arasında əlaqəni təmin edəcək.

Bu, “Çanjen” raket daşıyıcısı üçün sayca 508-ci buraxılış olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top