Sabirabadda tibb məntəqəsi yandı

HADİSƏ 31 yan 2024, 16:13
Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb.

Bu barədəDemokrat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb.

Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top