Bakıda sərxoş kişi 30 illik arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 30 yan 2024, 17:14
Bakının Sabunçu rayonunda 1969-cu il təvəllüdlü Eldar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zamirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 17-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Eldar yaşadığı evin qonaq otağında həyat yoldaşı Zamirə ilə ailə-məişət zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı yumruqla arvadının baş və üz nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 30 il öncə Zamirə ilə ailə həyatı qurub: “Bu nikahdan iki övladımız doğulub. Oktyabrın 17-də yaşadığımız evdə spirtli içki qəbul etdikdən bir qədər sonra, təxminən saat 13.00-da evin qonaq otağına keçdim. Zamirənin orada olduğunu gördüm və onunla söhbət etməyə başladım. Söhbət zamanı ailə-məişət zəminində aramızda mübahisə yarandı. Mübahisə zamanı qəzəblənərək yumruqla bir neçə dəfə qəsdən Zamirənin baş və üz nahiyyəsindən zərbələr vurdum”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eldar 1000 manat miqdarında cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top