Musiqi ilə məşğul olmaq beyni qorumağa kömək edir

MARAQLI 29 yan 2024, 19:59
İngiltərədə aparılan araşdırmalara görə, musiqi ilə məşğul olmaq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək edir.

Demokrat.az
xəbər verir ki, bu barədə araşdırma "International Journal of Geriatric Psychiatry" də dərc olunub.

Belə ki, Exeter Universitetinin alimləri musiqi ilə məşğul olan və musiqi ilə məşğul olmayan insanların beyinlərinin necə yaşlandığını araşdırıblar. 

Araşdırmada 40-68 yaş arası 1100-dən çox insanda alət ifa etmək, mahnı oxumaq, musiqi dinləmək və musiqi istedadının insan beyninə təsiri araşdırılıb. 

Tədqiqatçılar həyatlarında musiqi ilə məşğul olan və heç vaxt musiqi ilə maraqlanmayan insanların idrak məlumatlarını müqayisə ediblər. 

Nəticələr, musiqi ilə məşğul olmağın yaddaşı güclü tutaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək etdiyini və müntəzəm olaraq not oxuyan insanların daha yaxşı rəqəmsal yaddaşa sahib olduğunu ortaya çıxarıb. 

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top