Kiberdələduzlar peşəkarlaşıb: “Tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa...” — VACİB MƏQAMLAR

GÜNDƏM 29 yan 2024, 15:54
Son vaxtlarda kibercinayətlərin sayında artım müşahidə edilir. Kiberdələduzlar artıq öz məqsədlərini həyata keçirmək üçün yeni üsullara əl atır, ağıla gəlməyən yollara baş vururlar. Təəssüf ki, kiberdələduzluğun qurbanı olan insanlar az deyil. Maarifləndirmə işləri aparılsa da, məsələyə hüquq-mühafizə orqanları müdaxilə etsə də cinayətkarlar əməllərini davam etdirməkdən çəkinmirlər. Özlüyümüzdə “mənim başıma gəlməz, məlumatlıyam” desək də dələduzların “peşəkarlığı” qarşısında bəzən ən məlumatlı şəxs də zərər görə bilir. 

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyevin sözlərinə görə, indi dələduzlar işlərini o qədər peşəkarcasına və sürətli görürlər ki, onların izini tapmaq qeyri-mümkün olur.

Ekspert Demokrat.az-a açıqlamasında kibercinayətkarlığın qurbanına çevrilməmək üçün diqqət etməli olduğumuz bəzi məqamları bölüşüb:



“Cihazımıza tətbiqlər yükləyərkən diqqətli olmalıyıq. "Google Play" və "App Store"-dan yükləmək istədiyimiz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa onu yükləmək təhlükəlidir. Tətbiq yükləyərkən istifadəçi tətbiqin istədiyi icazələrə diqqət yetirməlidir. İcazələri minimallaşdırmaq lazımdır və ya tətbiqin istədiyi icazələrdə təhlükə siqnalı görürüksə, onu yükləmək fikrindən daşınsaq, yaxşı olar. Tez-tez qarşımıza müxtəlif cəlbedici mərc oyunları çıxır, bu kimi şirnikləndirici linklərə daxil olmaq qəti yolverilməzdir.  Pulsuz xidmətlər və oyunlar da insanların marağına səbəb olur. Lakin məsləhət görərdim ki, insanlar pulsuz olsa da tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməsinlər. Çünki xidmət pulsuzdursa, demək satılan bizim məlumatlarımızdır. Telefona gələn SMS təsdiq kodunu və bank kartının 16 rəqəmi istisna olmaqla digər rəqəmləri heç kimlə paylaşmaq olmaz. Kartın şəklini çəkib göndərərkən də diqqətli olmaq, digər məlumatları bağlamaq lazımdır. Qarşımızdakı insana güvənsək də, əgər onun telefonuna kibermüdaxilə olunarsa, bunun bizə də ciddi zərəri dəyə bilər. Cihazı və tətbiqləri mütəmadi yeniləmək lazımdır. Yaxşı olar ki, bu mövzuda hamı biliyini artırsın və daha çox məlumatlı olsun ki, kiberdələduzluq toruna düşməsin”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top