Fərid Şəfiyev: “İrəvanın təklifləri qəbuledilməzdir”

XARİCİ SİYASƏT 29 yan 2024, 12:48
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın sülh müqaviləsi ilə bağlı göndərdiyi təkliflərin qəbuledilməz olduğunu bildirib.

Demokrat.az Report-a istinadla xəbər verir ki, o, işğalçı ölkənin 30 il ərzində işğala məruz qalmış bir ölkəyə - Azərbaycana tərk-silah haqqında təklif göndərməsi absurd adlandırıb:

“Ermənistan özü tərksilah olunmalıdır. Təəssüf ki, hazırda Qərbin ikili standartlarını görürük. Təcavüz törətmiş ölkəyə hər cür dəstək göstərilir. Ona görə də bütün bu təkliflər qəbulolunmazdır və piardan başqa bir şey deyil”.

Qeyd edək ki, Ermənistan yanvarın əvvəlində Azərbaycana sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərib. Ermənistanın baş naziri Nikol Paşinyan təkliflərin təfərrüatı ilə bağlı açıqlamasında bildirib ki, rəsmi İrəvan silahlara qarşılıqlı nəzarət mexanizminin qurulmasını və sülh müqaviləsinin imzalanması gecikəcəyi təqdirdə, Bakıya hücum etməmək haqqında pakt imzalamağı təklif edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Ermənistanın göndərdiyi təkliflər paketini əldə etdiklərini və növbəti həftələrdə cavab təqdim edəcəklərini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top