“Uşaq mənimdir” prinsipini rəhbər tutan valideynlər — Cəzalar sərtləşdirilir

GÜNDƏM 26 yan 2024, 16:32
Milli Məclisin İnsan Hüquqları Komitəsində Ailə Məcəlləsinə dəyişiklik təklif edilib. Belə ki, bundan sonra prokurorluq orqanlarına da valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ verilə bilər.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Demokrat.az-a açıqlamasında təklif edilən dəyişikliyi müsbət qiymətləndirib:



“Artıq neçə ildir ki, bu əlavənin edilməsinin tərəfdarıyam. Bu istiqamətdə hər zaman əlimdən gələni etməyə hazır olmuşam. Bu gün valideynlər öz uşaqlarına eqoistcə davranmaqla bərabər, qanunu bilsələr də “uşaq mənimdir” prinsipi ilə hərəkət edirlər. Bu dəyişiklik qüvvəyə mindikdən sonra artıq valideynlərdə də bir məsuliyyət yaranacaq. Qərarın güclü təbliğatı aparılmalıdır. Göstərilməlidir ki, “bu vaxta qədər sənə humanistcə yanaşılmışdı, bu dəyişikliyi etməklə onu demək istəyirik ki, sən uşaqların haqqına girdiyin üçün valideyn olaraq cəzalanacaqsan”. Valideynlər tərəfindən uşaqlara qarşı edilən cinayətlərin statistikası bizə məlumdur. Bundan zərər çəkmiş uşaqları da görmüşük. Uşağa qarşı cinayət törədildiyi halda artıq prokurorların da iddi qaldıra bilmək hüququ ilə valideynin məsuliyyətsizliyindən irəli gələn hallarda onun cəzalanması həyata keçiriləcək”.

Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top