Azad edilən ərazilərdəki 3 məktəbdə imtahan keçiriləcək

SOSİAL 25 yan 2024, 11:39
"Bu il işğaldan azad edilmiş ərazilərimizdəki 3 məktəbdə buraxılış imtahanı keçiriləcək".

Demokrat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, bu səbəbdən rayonlarda nəzarətçi müəllimlərin sayının artırılması planlaşdırılır.
 
Qeyd edək ki, ötən ilin mart ayında Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahan idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top