Gənclər arasında sosial şəbəkədə başlayan mübahisə qanla bitdi — TƏFƏRRÜAT

KRİMİNAL 24 yan 2024, 11:29
Xırdalan şəhərində 2000-ci il təvəllüdlü Adil sosial şəbəkə üzərindən tanıdığı Zaminəliyə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 16 iyun 2022-ci ildə baş verib. 

Adil həmin gün saat 23 radələrində tanışı Zaminəli ilə internet sosial şəbəkədə oynadıqları “Spam” oyunu ilə bağlı onun mobil telefonuna söyüş səsləri göndərməsinə, eyni zamanda aralarında yaranmış münasibətlərə aydınlıq gətirəcəyi adı ilə əvvəlcədən telefonla danışıb. Onlar razılaşdıqları Xırdalan şəhəri, “Xırdalan dairəsi” yaxınlığında yerləşən “Lukoil” yanacaq doludurma məntəqəsinin yanındakı Ruhin Xəlilov küçəsində görüşübər. 

Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Adil üzərində gəzdirdiyi bıçaqla Zaminəlinin qarın nahiyəsindən bir dəfə qəsdən vurub. 

Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, sosial şəbəkə üzərindən oyun oynayan zaman tanışı ilə söhbət edib: 

“Bu zaman Zaminəli də həmin oyunda olub.Mən tanışım ilə danışan zaman Zaminəli bizim söhbətimizə müdaxilə etdi. Daha sonra da güldü. Ondan nəyə güldüyünü soruşduqda söhbət artıq qızışmağa başladı. Daha sonra mobil telefonda danışan zaman yenidən mənə qarşı nalayiq təhqiredici ifadələr işlətdi. Zaminəlidən heç nədən məni niyə söydüyünü soruşdum.ə Dedi ki, Bakıya gələndə mənə zəng edəcək, görüşüb söhbət edəcəyik. Mən də onunla razılaşdım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 16-da Bakıda olub: 

“Həmin gün Zaminəli mənə zəng etdi, görüşməyimizi təklif etdi. Ona həm ad günüm olduğunu, həm də işdə olduğumu bildirdim, aşxam görüşməyimizi dedim. Axşam görüşməyimizi dedikdə Zaminəli axşam rayona gedəcəyini söylədi. Mən də ona rayona getməmişdən 10-15 dəqiqə qabaq görüşməyimizi, daha sonra rayona getməsini dedim. Lakin Zaminəli razılaşmayaraq daha tez bir zamanda görüşməyimizi israr etdi. Bir daha axşam gələcəyimi söylədikdə mənə qarşı nalayiq təhqiredici ifadələr işlədərək axşam mütləq şəkildə gəlməyimi tapşırdı. 

Daha sonra Zaminəli ilə görüşmək üçün Xırdalan dairəsinin yaxınlığına gəldim və biz həmin dairənin yaxınlığında yerləşən köşkdən ara küçələrdən birinə keçərək söhbət etməyə başladıq. Zaminəlidən nə səbəbə mənə qarşı nalayiq təhqiredici ifadələr işlətdiyini, dediyi kimi görüşə gəldiyindən mənə qarşı işlətmiş olduğu təhqiredici ifadələrin onun özünə getdiyini dedim. Bundan sonra Zaminəli yaxamdan tutdu. 

Elə bildim ki, Zaminəli tək deyil. Zaminəlinin yanında yeddi-səkkiz nəfər adam gördüm. Elə bildim ki, onlar da Zaminəli ilə birlikdədirlər. Ona görə görüşə gələndə özümü müdafiə etmək üçün üzərimdə bıçaq götürmüşdüm. Zaminəliyə mənə qarşı işlətmiş olduğu təhqiredici ifadələrin özünə çatdığını bildirdim. Zaminəli yaxamdan tutdu. Mən də istər-istəməz üzərimdəki bıçaqla Zaminəliyə xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Zaminəlinin sözlərinə görə, 2022-ci ilin altıncı ayının 16-da Adil ilə aralarında mübahisə yaranıb, anlaşılmazlıq olub: 

“Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı ara küçədə Adil ilə üz-üzə gəldim. Adil bilmədən bıçaq atdı. Qarın nahiyəmdən vuruldum. Hadisə baş verən zaman ətrafda heç kəs olmayıb. 

Adil ilə aralarında mübahisə oyuna görə yaranıb. Oyun da “Spin Bottle” oyunu olub. “Odnoklassik” platformasında oynanan bir oyundur. Oyun onlayn şəkildə oynanılır. Oyunun mahiyyəti tanışlıq olub. 

Adili oyunda əvvəldən tanımışam. Sadəcə Adil oyuna öz hesabıyla, mən isə başqa hesabla gəlmişəm. Adilə gülüş smayliki atmışam. Adil məndən nəyə güldüyümü soruşdu. Sonra zəngləşib görüşmüşdük. Adil mənim gülməyimə əsəbiləşmişdi. İlk olaraq Adil nalayiq təhqiredici ifadələr işlətmişdi”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adil 4 il müddətinə azadlıqdan məhrum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top