Vətəndaş cəmiyyətinin potensialını göstərmək istəyirik — Rauf Zeyni

GÜNDƏM 23 yan 2024, 18:23

“COP29-un ölkəmizdə keçirilməsi mühüm hadisədir. Sabit bəyə təşəkkür edirəm ki, ötən il Sumqayıtda keçirilməsi sanballı tədbir idi. Tədbirdə məruzəçilər geniş çıxışlar etmişdilər, geniş məlumatlar almışdıq. Eyni zamanda ölkə prezidenti Cənab İlham Əliyev sərəncamı ilə bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması da mühüm hadisədir. COP29-la birbaşa bağlı olan məsələlərdir ki, onlar bir-biri tamamlayır”.

QHT.az xəbər verir ki, bu fikirləri bu gün “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfransda Milli QHT Forumunun sədri Rauf Zeyni bildirib. QHT sədri vurğulayıb ki, biz bunu arzulayırıq və bütövlükdə dövlətimiz, vətəndaş cəmiyyəti, QHT bir yerdə xalqımız vətəndaşlarımız çox uğurlu bir COP29 keçirdək ki, hər hansı təzadlar, fəsadlar olmasın: “Əlbəttə ki, vətəndaşdan tutmuş vətəndaş cəmiyyətinə kimi hər bir insan, QHT nümayəndəsi, Milli QHT Forumu və onun üzvləri olan təşkilatlar da öz töhfələrini vermək istəyirlər. Məlumat üçün bildirim ki, 25 dekabrda Lənkəranda, 26 dekabr Qubada, 27 dekabr Şəkidə, 29 dekabr Gəncədə, 8 yanvar Naxçıvanda və 10 yanvar da Bakı şəhərində bizim Milli QHT Forumunun təşəbbüsü ilə regional və ümumrespublika forumu keçirildi. Biz bu forumlarda imkan qazandıq ki, vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr, QHT hökumət münasibətləri, əməkdaşlığın gücləndirilməsi, QHT-lərin maddi texniki bazalarının gücləndirilməsi və qanunvericilikdə müəyyən təkmilləşdirmənin həyata keçirilməsi hallarını müzakirə etməklə yanaşı, həm də vətəndaş cəmiyyəti özü bu münasibətdə iştirak etmək istədiklərini öyrəndik. Səmimi sözümdür. Bütün QHT –lər öz sahəsinə, profilinə, düşüncəsinə uyğun olaraq daha böyük layihələr həyata keçirmək, daha çox müraciətlər etmək istəyirlər. Təbii ki, imkanlar məhduddur. Bəzi dövlət qurumları qrantlar verməsinə baxmayaraq, imkanlar çox məhduddur”.

Rauf Zeyni həmçinin bildirib ki, bunlarla bərabər vətəndaş cəmiyyəti də nə imkanlar varsa ondan səmərəli istifadə etmək istəyir: “Əsasən ekoloji QHT-lər yeni imkanlar qazanır. Milli QHT forumu çoxprofilli olduğuna görə elə bir sahə yoxdur ki, o sahəni əhatə edən QHT olmasın bizdə. Bütün bu istiqamətdə fəal iştirak etməyi arzulayırıq. Vətəndaş cəmiyyətinin potensialını göstərmək istəyirik. Vacib, kreativ layihələrlə il ərzində bacardığımız qədər tədbirlərin yüksək səviyyədə keçirilməsinə, ölkəmizin inkişafına öz töhfələrimizi vermək niyyətindəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top