Keçmiş deputatla nazirlik arasında qalmaqal... — Ədliyyə Nazirliyini məhkəməyə verdi

HADİSƏ 23 yan 2024, 15:01
Baş prokurorun keçmiş birinci müavini, Milli Məclisin birinci çağırış deputatı olmuş Mətləb Mütəllimli Ədliyyə Nazirliyini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, işin mahiyyəti siyasi partiyalarla bağlı mübahisələrdən ibarətdir. İş hazırda apellyasiya mərhələsindədir. 

Şikayətçi Mətləb Mütəllimlidir. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Şərafət Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

İşin detallarına gəlincə, əldə etdiyimiz məlumata görə, Mətləb Mtəllimli qurucusu və sədri olduğu Sosial Ədalət Partiyasının (SƏP) qeydiyyatının ləğvindən şikayətçidir. 
Ətraflı

Keçmiş deputat hesab edir ki, SƏP-lə bağlı Ədliyyə Nazirliyinin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək, partiyanın qeydiyyatını bu yolla bərpa etməyə çalışır. 

SƏP 1994-cü ildə təsis edilib. 1998-ci ildə qeydiyyata alınıb. 2023-cü ildə isə partiyanın qeydiyyatı ləğv edilib. 

"Siyasi partiyalar haqqında” yeni qanuna görə partiyaların qeydiyyatı üçün 5000 üzv olmalıdır. Qanun qəbul edildikdən sonra yeni tələblərə uyğunlaşmaq üçün partiyalara vaxt verildi. Bu müddət ərzində yeni tələblərə uyğunlaşmayan partiyaların qeydiyyatı ləğv edildi. SƏP-in də qeydiyyatının ləğvi bu dalğada baş verib.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top