Tovuzun Aşağı Quşçu kənd sakinlərinin müraciətləri "Açıq mikrofon"da — FOTOLAR

SOSİAL 22 yan 2024, 21:43
"Aksiyaya Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən yeni yaşayış massivindən üz tutmuşuq.

Məhəllə sakinləri adından sizdən xahiş edirik ki, yaşadığımız əraziyə küçə qaz xəttinin çəkilməsində bizə köməklik edəsiniz".

Bu sözləri Aşağı Quşçu kənd sakini Namiq Sadıqov "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. Mikrofon önünə keçən digər kənd sakinlərinin müraciətləri də genişlənən ərazinin mavi yanacaqla təmin olunması ilə bağlı olub. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri ünvanlanan müraciətlərin araşdırılacağını və aidiyyəti üzrə yönləndiriləcəyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top