“Bilsəydim belə şeylər olar, Flora xanıma yaponlar kimi əlimi sinəmə qoyub salam verərdim”

ŞOU-BİZNES 16 yan 2024, 12:28
“Bu, təsadüfən olan işdir. Flora Kərimova xalqımızın böyük, tarixi sənətkarıdır. Arada səmiyyətimiz var. Bunu götürüb şişirdiblər. Nə səviyyəsiz insanlar var. Bu, kimə lazımdır? Əgər bu şişirtmə ilə onların həyatlarına, yaşayışlarına kömək edəcəyəmsə, şişirtsinlər, hara istəyirlərsə, qoysunlar. Belə şeylər çox ayıbdır. Gərək, insanın səviyyəsi olsun. İstər jurnalist ol, istər oxuyan ol, kim olursansa, ol. Hamı öz şəxsiyyətini qoruyur. Burada nə pis şey var ki? İndiyə qədər ictimaiyyətdə, hər yerdə həmişə şəxsiyyətimi qoruyub saxlamışam. Bu millət hara gedir belə? Millətin ziyalıları, duyan adamları çoxdur”.

Bu sözləri Pravda.az-a Xalq artisti Niyaməddin Musayev Xalq artisti Flora Kərimova ilə “Zaurla Günaydın” verilişində gündəm yaradan görüntülərindən danışarkən deyib.

“Allah bilir, həmişə xalqıma hörmətim böyük olub. İnsanlar mənim şəxsiyyətimi, sənətimi sevirlər. Əxlaqlı adamam. Ayıb deyil, belə şeylər edirlər bunlar? Burda nə oldu ki? Təsadüfdən dönəndə elə bir variant alınıb. Mənim günahım nədir? Heç bilsəydim belə şeylər olar, Flora xanıma kənardan yaponlar kimi əlimi sinəmə qoyub salam verərdim”, - N.Musayev bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top