Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşdi

MEDİA 12 yan 2024, 11:20
Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib. 
 
Demokrat.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dializə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur. Məsləhət görülüb ki, onu "Zəfəran" klinikasına aparsınlar. 
 
Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib. 

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib. 
 
TƏBİB-dən bildirilib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.
 
Xatırladaq ki, S.Məmmədli diabet və dializ xəstəsidir.  Onun hər iki ayağı amputasiya olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top