"İnsanların sıx olduğu yerlərdə maska taxmaq tövsiyə olunur" — Koronavirusla bağlı XƏBƏRDARLIQ

GÜNDƏM 07 yan 2024, 14:13
Ümumdünya Səhiyyət Təşkilatı koronavirusla bağlı xəbərdarlıq edib. Təşkilatın rəhbəri Tedros Qebreyesus bütün dünyada insanları yenidən maska taxmağa və koronavirusa qarşı peyvənd olmağa səsləyib.

İnfeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında deyib ki,  COVİD-19 virusu mutasiyaya uğramağa davam edir:


“Yeni ştammların meydana çıxması mümkündür. Koronavirusun son vaxtlarda əmələ gələn yeni növü sürətli yoluxma qabiliyyətinə malikdir. Maska taxmaq və peyvəndlənmək virusa qarşı əsas qorunma vasitələridir. Xəstəliyə yoluxmamaq üçün xüsusən payız və qış aylarında diqqətli olmaq lazımdır. Bu dövrdə insanların xəstələnmə ehtimalı çoxdur, Covid-19 virusu bəzən simptomsuz da irəliləyə bilir, ona görə də insanların sıx olduğu yerlərdə maska taxmaq tövsiyə olunur. Risk qrupuna daxil olan şəxslər – yaşı 65-dən yuxarı olanlar, xroniki yanaşı xəstəliyi olanlar, qaraciyər serrozu, revmatoid artriti olanların peyvəndlənməsi vacibdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top