Cari ilin sonuncu "Açıq mikrofon" aksiyası baş tutdu — FOTO

SOSİAL 30 dek 2023, 20:50
2023-cü ilin sonuncu "Açıq mikrofon" aksiyası Füzuli rayonunun Əhmədalılar kəndində baş tutub. Görüş iştirakçıları Yaqub Quluyev və Rüstəm Zeynalov qaz sayğacının əvəzlənməsini xahiş ediblər. Mübariz Əliyevin müraciəti isə küçə qaz xəttinin çəkilişi ilə bağlı olub.

Bundan əlavə aksiya çərçivəsində qaz xəttinin yerinin dəyişdirilməsi, habelə Əhmədalılar kənd körpələr evi-uşaq baxçasının qazlaşdırılması ilə bağlı müraciətlər səsləndirilib. Ünvanlanan suallar SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, sakinlərə lazımi izahatlar verilib.

Məlumat üçün bildirək ki, cari il ərzində 241 "Açıq mikrofon" aksiyası baş tutub ki, bunlardan 193-ü sakinlərlə, 48-i isə sahibkarlarla keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top