Azərbaycan dövlətinin möhtəşəm Zəfərə imza atması medianın da fəaliyyətində dönüş yaradıb

SİYASƏT 27 dek 2023, 23:29
Hazırda inkişafının mühüm mərhələsini yaşayan, ərazi bütövlüyünü bərpa etmiş Qalib Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən konfransda söyləyib.

“Dövlətimizin yürütdüyü modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirib. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı Prezident İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin möhtəşəm Zəfərə imza atması bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində dönüş yaradıb”, - deyə Əhməd İsmayılov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top