Azərbaycan Ukraynaya humanitar yardım göndərdi

SOSİAL 08 dekabr 2023, 10:21
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib.

Bu barədə Demokrat.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 noyabr 2024, 22:10
Top