Sumqayıtda anasını öldürən oğlanın məhkəməsi başlayır

KRİMİNAL 07 dek 2023, 19:44
Sumqayıt şəhərində anasını öldürməkdə, qardaşına xəsarət yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü Əlfüqar Zülfüqarlının cinayət işi üzrə ibtidai istintaq baş çatıb. 

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib 

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

İttihama görə, 2007-ci il təvəllüdlü Əlfüqar Zülfüqarlı Sumqayıt şəhəri Corat qəsəbəsində anası, 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanı kəsici alətlə qətlə yetirib, 2012-ci il təvəllüdlü qardaşına isə xəsarət yetirib. 

Əlfüqar Zülfüqlının barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top