Ərdoğandan qırğızıstanlı həmkarına doğum günü JESTİ

REGİON 06 dek 2023, 20:40
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovu ad günü münasibətilə təbrik edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Qırğızıstan Rəyasət Heyətinin Mətbuat Mərkəzindən açıqlama verilib.

Açıqlamaya görə, Prezident Ərdoğan 55 yaşını qeyd edən Japarova təbrik məktubu göndərib.

Məktubda dost və qardaş Qırğızıstan xalqına xeyir, sağlamlıq və xoşbəxtlik, firavanlıq və inkişaf arzulayıb.

Ərdoğan Qırğızıstanla qardaş xalqların ortaq tarixi və mədəni köklərinə əsaslanan dərin və çoxşaxəli əlaqələrin davamlı olaraq möhkəmlənməsindən məmnunluğunu ifadə edib.

Həmçinin, iki ölkə arasındakı əlaqələrin əhəmiyyətinə toxunaraq, “İnanıram ki, strateji əməkdaşlığımız regional səviyyədə olduğu kimi, ikitərəfli və çoxtərəfli formatlarda da dərinləşməyə davam edəcək”. - deyə əlavə edib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top