Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb

GÜNDƏM 05 dek 2023, 23:01

Oğuzda qızılca xəstəliyinə 10 yoluxma faktı qeydə alınıb.

“Report”un məlumatına görə, rayon mərkəzindən və kəndlərdən qızılca xəstəliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 10 nəfər daxil olub.

Xəstəliyə yoluxanlardan ikisi bu gün xəstəxanaya daxil olub. Hazırda bir nəfər stasionarda müalicə alır, yeddi nəfərə isə ambulator müalicə göstərilib.

Qeyd edək ki, şimal-qərb bölgəsində qızılca xəstəliyinə ilk yoluxma halı sentyabrın ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb. Oktyabrın birinci ongünlüyündə isə Zaqatala rayonunda qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Dünən isə Qax rayonunda iki nəfər bu xəstəliyə yoluxub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top