"2024-cü ildə kəskin tektonik aktivləşmə dövrü yaşanılacaq" — Seysmoloq

GÜNDƏM 05 dek 2023, 18:17
İki gündür Türkiyədə ardıcıl zəlzələlər baş verir. Mərmərə dənizində 5,1 və 4,5 bal gücündəki zəlzələr İstanbul və Bursada da hiss olunub. İzmirdə də 3 bal gücündə zəlzələ olub. 
Elm və Təhsil Nazirliyinin nəzdində Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin struktur bölməsinin müdiri seysmoloq Qulam Babayevin sözlərinə görə hiss olunan güclü zəlzələlər davamlı şəkildə baş verəcək, bu, qaçılmazdır. O, Demokrat.az-a açıqlamasında deyib ki, 2024-cü ildə də kəskin tektonik aktivləşmə dövrü yaşanılacaq:


“Bəzi zəlzələlər zəif təkanlarla müşahidə edilir və tez-tez baş verir. Biz bunu hiss etmirik, yalnız ölçmə cihazları vasitəsilə qeydə alınır. Tektonik aktivləşmə zamanı onların sayı bir qədər çoxalır. Zəlzələ baş verdi deyərkən biz adətən hiss olunan təkanlardan danışırıq.



Ötən həftə Mingəçevirdə zəlzələ oldu. Azərbaycanda bu il ərzində hiss olunan zəlzələlər davamlı şəkildə baş verəcək. Abşeron yarımadasında palçıq vulkanlarının püskürəcəyi proqnozlaşdırılır. Ümumiyyətlə, dünyada maqmatik vulkanlar ayılacaq. Keçən həftə İtaliyada Etna vulkanı ayılmağa başladı. 

Fevralda Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra bütün dünyada seysmoaktiv ərazilərin ayılacağını qeyd etmişdim. Nəinki Türkiyədə və ya Azərbaycanda, dünyanın hər yerində zəlzələləri müşahidə etməyə davam edəcəyik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top