“Prius” ana ilə övladını VURDU

HADİSƏ 05 dek 2023, 15:59
Abşeron rayonu Xırdalan şəhərində avtomobil ana və övladını vurub. 

Demokrat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində baş verib. 

“Toyota Prius” markalı, 77 DE 139 dövlət qeydiyyat nişanlı avtomobilin zərbəsi nəticəsində ana və övladı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB bildirilib ki, baş verən hadisə ilə əlaqədar 2 nəfər dekabrın 5-i saat 12:40 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib: 

“1968-ci il təvəllüdlü (cinsi qadın) pasiyentə sağ gözün hematoması, sol dizin yumşaq toxumalarının əzilmiş, sıyrılmış yaraları, sol topuğun yerdəyişmiş sınığı diaqnozları qoyulub. Müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. 2017-ci il təvəllüdlü (cinsi kişi) pasiyentə hemotoraks, ağciyərlərin parenximal kontuziyası, sağ bazu, sağ bud, sol baldır sümüklərinin yerdəyişmiş sınıqları, qasıq və oturaq sümüklərinin sınığı diaqnozları qoyulub. Hazırda vəziyyəti ağırdır, Kliniki Tibbi Mərkəzə təxliyyə olunması nəzərdə tutulub". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top