Ölkə üzrə faktiki hava AÇIQLANDI

SOSİAL 05 dek 2023, 15:41
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, Azərbaycanda küləkli hava şəraiti müşahidə olunur.

Demokrat.az xəbər verir ki, 5 dekabr saat 15:00-a olan məlumata əsasən şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top