Samuxda 9 müraciət ünvanlandı — FOTO

SOSİAL 04 dek 2023, 17:29
SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Samux rayonunda təşkil olunub.

Demokrat.az bildirir ki, 9 müraciətin ünvanlandığı aksiyada sakinlərin istəkləri müxtəlifliyi ilə seçilib.

Qaz sayğacının yerinin dəyişdirilməsilə yanaşı, yenisi ilə əvəzlənməsini də xahiş edən olub. Aksiyanın keçirildiyi Sərkar kəndinə qonşu Qarabağlı kəndindən qatılan Arzu İsmayılov genişlənmiş ərazidə yaşayan 17 fərdi yaşayış evinin sakinləri adından çıxış edərək küçə qaz xətlərinin çəkilməsini istəyib.

Qeyd edilən müraciətlərlə bərabər  debitor borcun ödənilməsinə möhlət verilməsini istəyən fərdi sahibkarlar da mikrofon önünə çıxaraq problemlərini dilə gətiriblər.

Hər bir müraciət araşdırılması üçün Gəncə RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top