Pirallahıda gənc oğlanın qətli ilə bağlı məhkəmə başlayır

KRİMİNAL 01 dek 2023, 11:31
Pirallahı rayonunda tanışını öldürməkdə təqsirləndirilən Ramil Niftəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb. 

Ramil Niftəliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top