Blinken Netanyahu ilə görüşdü

DÜNYA 30 noy 2023, 22:30
ABŞ dövlət katibi Antoni Blinken Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu və İsrailin Hərbi Nazirlər Kabineti ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Blinken ABŞ-ın İsrailin “beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu” dəstəklədiyini bəyan edib.

Nazir Blinken İsraili mülki insanlara zərər verməmək üçün hər cür tədbir görməyə çağırıb.

Blinken vurğulayıb ki, Qəzzanın cənubunda hər hansı bir hərbi əməliyyatdan əvvəl oradakı mülki vətəndaşlar qorunmalı və onların ehtiyacları nəzərə alınmalıdır.

Görüş zamanı əsir mübadiləsi və Qəzzaya çatdırılan humanitar yardımın sürətləndirilməsi məsələləri də müzakirə edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top