Məhkəmədən paytaxtda kütləvi davanın iştirakçıları barədə QƏRAR

KRİMİNAL 30 noy 2023, 18:30
Bakıda 3 nəfərə qarşı qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ayxan Məmişov, Niyazi Hacıxanov və Əlizamin Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. 

Qərara görə, apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyazi Hacıxanov 7 il 6 ay, Ayxan Məmişov və Əlizamin Əliyev isə hərəyə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri - İdris Ağabalayev, Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident yaşanıb və sonradan bu davaya çevirilib.

Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə axır xəsarət yetirilib və o görmə qabiliyyətini itirib.

Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.

N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə), A.Məmişov və Ə.Əliyevə qarşı isə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top